"Qarabağ"la "Neftçi" eyni futbolçunu istəyir

"Qarabağ"la "Neftçi" eyni futbolçunu istəyir
"Bakı"nın daha bir futbolçusu iddialı klubların maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, Vüqar Mustafayevi Premyer Liqanın iki klubu istəyir.
Belə ki, gənc futbolçu "Neftçi" və "Qarabağ"ın maraq dairəsindədi. Lakin "Bakı"nın onu buraxmaq niyyəti yoxdu. Maliyyə böhranında çabalayan paytaxt klubu 2014/15 mövsümündə əsasən gənc futbolçularla çıxış edəcək.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Bakı"nın A komandasında 19 oyun keçirib və 1596 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər