"Qarabağ"la "Neftçi" 1 pillə irəlilədi - yeni turnir cədvəli

"Qarabağ"la "Neftçi" 1 pillə irəlilədi - yeni turnir cədvəli
"Araz Naxçıvan"ın çempionatdan çıxması Premyer Liqada olduğu kimi, əvəzedici heyətlərin çempionatında da turnir cədvəlinə təsir edib. Fanat.az xəbər verir ki, turnir cədvəlinin zirvəsində dəyişiklik baş verməyib.
"Araz Naxçıvan"ı 4:3 hesabı ilə yenən "İnter"in 3 xalı silinsə də, 20 xalla liderliyini qoruyub. Əvəzində ikinci pillənin sahibi müəyyənləşib. Naxçıvan klubu ilə iki oyunda 4 xal qazanan "Qəbələ" 3-cü pilləyə düşüb. "Qarabağ" 3 xal itirsə də, ikinciliyi ələ keçirib. 
3 xalı silinən "Simurq" 4-cü, "Xəzər Lənkəran" 5-ci pilləni əldən verib. "Araz Naxçıvan"la oyunda 1 xal qazanan "Neftçi" bir pillə irəliləyərək 6-cı olub. Buna səbəb AZAL-ın Naxçıvanda qazandığı 3 xalın silinməsi olub. "Təyyarəçilər" 7-ci yerə düşüb.
3 xalı əlindən alınan "Bakı" 8-ci pilləni qoruyub. "Araz Naxçıvan"a uduzmuş "Sumqayıt" isə yenə son pillədə qərarlaşıb.
"Araz Naxçıvan"ın yer aldığı turnir cədvəli

№

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

11

7

2

2

29:16

23

2

Qəbələ

11

7

1

3

17:13

22

3

Qarabağ

10

7

0

3

21:12

21

4

Simurq

11

6

2

3

25:11

20

5

Xəzər L

11

6

2

3

20:13

20

6

AZAL

10

3

4

3

9:11

13

7

Neftçi

10

3

3

4

15:16

12

8

Bakı

11

3

1

7

21:22

10

9

Araz N

10

1

2

7

9:26

5

10

Sumqayıt

11

0

3

8

10:36

3

 

Bombardirlər

Mirsahib Abbasov (İnter) - 10. Fuad Məmmədzadə (Qarabağ) - 8. Oruc Balaşlı (Simurq), Cavid Muxtarzadə (Neftçi) - 7. İlkin Sadıqov (İnter) - 6.

"Araz Naxçıvan"ın olmadığı turnir cədvəli

№

Klub

O

Q

H/H

M

T/F

X

1

İnter

10

6

2

2

25:13

20

2

Qarabağ

9

6

0

3

17:12

18

3

Qəbələ

9

6

0

3

13:12

18

4

Simurq

10

5

2

3

20:11

17

5

Xəzər L

10

5

2

3

16:13

17

6

Neftçi

9

3

2

4

14:15

11

7

AZAL

9

2

4

3

8:11

10

8

Bakı

10

2

1

7

19:21

7

9

Sumqayıt

10

0

3

7

19:33

3

 

Bombardirlər

Mirsahib Abbasov (İnter), Fuad Məmmədzadə (Qarabağ), Cavid Muxtarzadə (Neftçi) - 7. Oruc Balaşlı (Simurq) - 6.

"Araz Naxçıvan"ın gedişi turnir cədvəlinə də təsir edib. Belə ki, "İnter"dən Mirsahib Abbasovun 3, "Qarabağ"dan Fuad Məmmədzadənin və "Simurq"dae Oruc Balaşlının bir qolu silinib.
Ümumilikdə "Araz Naxçıvan"ın qapısına yol tapmış 21 futbolçunun vurduğu 26 qol ləğv olunub:
Mirsahib Abbasov (İnter) - 3. Kazım Kazımlı (Xəzər Lənkəran), Dəyanət Əsilli (Simurq), Ruslan Hacıyev (Qarabağ) - 2. Murad Musayev, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Kamal Mirzəyev (hamısı "Qəbələ"), Oruc Balaşlı, Sahib Abbasov, Cavad Kazımov (hamısı "Simurq"), Bəhruz Teymurov, Kamran Abdullazadə (ikisi də "Xəzər Lənkəran"), Rövşən Əmiraslanov, Ülvi Quliyev (ikisi də Bakı), Fuad Məmmədzadə, Nurlan Əhmədov (ikisi də "Qarabağ"), Kamal Qurbanov (Neftçi), Elsevən Rəhimli (Sumqayıt), İlkin Sadıqov (İnter), Aydın Qasımov (AZAL) - 1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər