"Qarabağ" UEFA Çempionlar Liqasında "Ludoqorets" (Bolqarıstan) səddini adlasa, pley-off mərhələsində mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, artıq təmsilçimizin pley-offdakı potensial rəqibləri də bəllidir.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 5-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. "Qarabağ" - “Lüdoqorets” cütü səpələnməmişlər səbətində yer alacaq.
“Qarabağ”ın rəqibləri arasında əvvəlki mərhələlərdən azad olan üç klub və iki cüt var. Söhbət “Dinamo Zaqreb” (Xorvatiya), “Srvena Zvezda” (Serbiya), "Malmö" (İsveç) - PAOK (Yunanıstan), "Midtyullann" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan) və “Yanq Boyz”.
Türkiyənin “Qalatasaray” klubu da səpələnməmişlər səbətindədir. Bu üzdən Azərbaycan və Türkiyə çempionları pley-offa qarşılaşa bilməz.
Çempionlar yolu Səpələnmişlər “Dinamo” Z “Srvena Zvezda” "Malmö" - PAOK "Midtulland" - "Ferentsvaroş" “Yanq Boyz”
Səpələnməmişlər "Qarabağ" - "Lüdoqorets" “Qalatasaray” "Slovan" - APOEL "Yagellonya" - "Bodo Qlimt" "Sparta" - "Styaua"
Liqa yolu Səpələnmişlər "Dinamo" K - “Reyncers” “Slaviya” - “Union Sent Jiloaz” Səpələnməmişlər “Lill” - "Fənərbaxça" “Zalsburq” - “Tvente”
Qeyd edək ki, pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.