"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq "Qarabağ"ın avqustun 6-da səfərdə keçirəcəyi ilk oyunla bağlı planları bəlli olub. 

Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi iyulun 5-də matçın baş tutacağı Polşaya yola düşəcək.

"Köhlənlər" Bakını 16:00-da tərk edəcəklər.

Xatırladaq ki, sözügedən ölkənin Lublin şəhərində reallaşacaq qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək. UEFA görüşü danimarkalı hakimlər briqadasına tapşırıb. Baş hakim Morten Kroqa laynsman qismində Şteffen Bramsen və Viktor Skite kömək edəcək. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR-da Yakob Kelet, AVAR-da isə Yens Maye olacaq. Tərəflərin cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Azərbaycandakı matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər