"Qarabağ"dan "Neftçi"yə sillə kimi TƏKLİF

"Qarabağ"dan "Neftçi"yə sillə kimi TƏKLİF

Premyer Liqanın XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununu Əliyar Ağayev idarə edəcək. Fanat.az хəbər verir ki, təyinatlar açıqlanandan sonra bu oyun ətrafında ajiotaj yaranıb.

"Neftçi" tərəfi Əliyar Ağayevin təyinatına etiraz edir. "Ağ-qaralar" iki tur öncə “Simurq”la keçirilən matçdan sonra Ağayevin idarəçiliyindən narazı qalmışdı. Buna görə də bu təyinata qarşı çıxırlar.

"Qarabağ" bunları nəzərə alaraq rəsmi saytı vasitəsi ilə "Neftçi"yə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: 

"Premyer Liqanın XXIII turunda keçiriləcək "Neftçi" - "Qarabağ" oyununa Əliyar Ağayev təyinat alıb. Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi "Neftçi" - "Simurq" qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün "Neftçi" - "Qarabağ" görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq "Neftçi" PFK-ya müraciət edirik:

"Neftçi" - "Qarabağ" matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər