"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün klubun düşərgəsini ziyarət edib. Fanat.az хəbər verir ki, vitse-prezident kubokda "Simurq"u yenərək finala çıхan və Premyer Liqanın XXXI turunda "Neftçi" ilə qarşılaşacaq komandaya dəstək verir.
Məşqdən əvvəl Tahir Gözəl anidən bazaya gəlib və komandayla görüşüb. Futbolçularla bir-bir görüşən vitse-prezident onları bir daha təbrik etməklə yanaşı "Azərbaycan derbi"sində uğur arzulayıb. Olduqca xoş ab-havada keçən görüşdən sonra futbolçular məşqə yollanıblar.



Fanat.az