Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda mübarizə aparan "Qarabağ" və "Neftçi" buna nail olacaqları təqdirdə rəqiblərini avqustun 29-da tanıyacaqlar. Fanat.az xəbər verir ki, məhz bu tarixdə Avropa və Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Fransanın Monako şəhərində keçiriləcək mərasimdə ilk olaraq Avropa Liqasının püşkü atılacaq. Tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyununda "Qarabağ" Bakıda Hollandiya "Tvente"si ilə 0:0-lıq bərabərliyə qalıb. "Neftçi" isə Serbiyada "Partizan"a məğlub olub - 2:3. Hər iki komandamızın iştirakı ilə keçiriləcək təkrar görüş avqustun 28-də baş tutacaq.
Fanat.az