"Qarabağ" Premyer Liqanın XXXII turunda "Neftçi"ni qəbul edəcək. Bütün çempionatların iştirakçıları təbii ki, bir-biriylə rekord sayda görüşüblər. Tərəflər indiyə kimi 55 dəfə qarşılaşıblar. Maraqlıdı ki, tərəflər hərəyə 17 qələbə qazanıblar. 56-cı derbi öncəsi maraqlı faktları diqqətinizə çatdırırıq.
Bilirsinizmi, "Neftçi" "Qarabağ"ı 11 oyun başqa sözlə, 4 il və ya 1873 gün məğlub edə bilməyib?
Bilirsinizmi, "Neftçi"nin texniki qələbəsinə səbəb hazırda "ağ-qara"ların kapitanı olan Rəşad Sadiqovun karyerası ərzində ilk peşəkar komandası "Qarabağ"ın heyətində meydana çıxması olub?
Bilirsinizmi, "Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdu?
Daha da bilmək istəyirsinizsə...
"Neftçi" - "Qarabağ" duelləri ilə bağlı maraqlı faktlar
* İndiyə kimi tərəflər arasında 69 oyun keçirilib
* 69 oyunun 55-sı çempionatda, 14-ü isə kubokda baş tutub
* Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
* Tərəflər arasında ilk görüş 1992-ci ilin sentyabrın 26-sında baş tutub. Mərkəzi arenada keçirilən görüşdə "Qarabağ"dan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi tarixə düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla 1:1 başa çatıb
* Oktyabrın 20-sində isə "İmarət" stadionunda ilk görüş baş tutub. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları "Qarabağ"ın ilk qələbəsini reallaşdırıb
* Bu tərəflərin çempionatda "İmarət" stadionunda baş tutdan yeganə oyun oldu (hələlik)
* "Qarabağ" "İmarət"də baş tutan 2-ci və sonuncu oyunda da "ağ-qara"lara qalib gəlib. 1993-cü il mövsümünün kubokunun 1/4 finalında komanda yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu oldu. ("Qarabağ" cavab oyununda qolsuz bərabərliklə mərhələ adladı və sonda "qızıl dubl" reallaşdırdı)
* Ümumiyyətlə, "Neftçi" müstəqilliyimizin ilk illərində "Qarabağ"ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə "Qarabağ" "Neftçi"yə qələbə sevinci yaşamağa imkan verməyib
* "Neftçi" ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib
* Çempionatda "Neftçi" və "Qarabağ" 17 qələbə qazanıb. 20/2001 mövsümündə "Neftçi"yə 3:0-lıq texniki qələbə verilib
* "Qarabağ" kubokda 5 dəfə qələbə qazansa da, rəqib 4 dəfə qələbəyə sevinib
* "Qarabağ" səfərdə "ağ-qara"lara 2006-cı ilin fevralın 16-sında məğlub olduqdan sonra 2010-nun noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edi
* "Qarabağ" - "Neftçi" duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdu (8)
* "Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdu (5)
* "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdu
* Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardı
* Səttar Əliyev "Neftçi"yə qol vurmaqla yanaşı, bir oyunda avtoqola imza atıb
* Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb ("Qarabağ")
* Adamiya, ardınca Reynaldo duellər tarixində het-trik edən 2-ci futbolçudu. Adamiya sabiq komandasına 3 qol vurmaqla "Qarabağ"ın "Neftçi" üzərində böyükhesablı qələbəsini qazandırmışdısa, Reynaldo rəqibin üzərindəki sonuncu qələbənin memarıdı
* Bununla da "Qarabağ" 2-ci dəfə əzəli rəqibi üzərində böyükhesablı qələbəsini reallaşdırıb
* "Neftçi" cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-ündə respublika stadionunda "ağ-qara"ların 4:0-lıq qələbəsi qeydə alınıb
* Elə həmin çempionatda "Qarabağ"ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə "Neftçi"yə texniki qələbə verilib. Həmin futbolçulardan biri isə hazırda "Neftçi"nin kapitanı olan Rəşad Sadiqovdu
* Rəşad Sadıqov və Rəşad Sadiqov eyni zamanda hər 2 iki komandanın kapitanı statusunu daşıyıb
* "Neftçi"yə 2011-ci ilin noyabrın 28-də ki məğlubiyyətə qədər "ağ-qara"lar "Qarabağ"ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub
* Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
* "Qarabağ" - "Neftçi" arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib
* İndiyə kimi derbidə 11 qırmızı vərəqə göstərilib
* Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdi
* Qırmızı vərəqə alanlardan Arif Əsədov "Neftçi"nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda "Qarabağ"ın məşqçisidi
* Hazırda 6 futbolçu hər 2 komandanın heyətində top qovub
* Namiq Yusifov "Qarabağ" - "Neftçi" - "Qarabağ", Rəşad Sadiqov isə "Neftçi" - "Qarabağ" - "Neftçi" marşurutu üzrə hərəkət edib
* Tərəflər ən çox respublika stadionunda qarşılaşıblar - 29 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 5 qəsəbə, 13 stadionda üz-üzə gəliblər
* Çempionatda baş tutan son 7 qarşılaşmada "Qarabağ" 5 qələbə qazanıb
"Qarabağ"ın mətbuat xidməti