Topaz Premyer Liqasında XXI turun oyunları davam edir. Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə meydana "Kəpəz"lə "Qarabağ" çıxıb. Ölkənin ən köklü klublarından ikisinin qarşılaşmasında 3 qol vurulub. Hesabı 9-cu dəqiqədə künc zərbəsindən sonra Rəşad Sadıqov açıb. 45-ci dəqiqədə "Qarabağ"ın futbolçusu, "Kəpəz"də icarə əsasında çıxış edən Namiq Ələsgərov bərabərliyi təmin edib. 83-cü dəqiqədə isə Əfran İsmayılov qonaqların qələbə qoluna imza atıb - 2:1.
Bu komandalar arasında Premyer Liqada 40-cı matç olub. Bu qarşılaşmalarda "Qarabağ"ın üstünlüyü var - 18 qələbə. "Kəpəz" 14 qələbə qazanıb, 8 matçda qalib gələn olmayıb. Top fərqində isə "Kəpəz" üstündü - 53:51. “Kəpəz” 15 oyundu qələbə qazanmır. “Qarabağ” son 10 qarşılaşmada rəqibinə cəmi 1 xal verib.
Günün son oyununda "Qəbələ" "Sumqayıt"ı sınağa çəkib. Bir qolun vurulduğu oyunda "Qəbələ" qələbə qazanıb. 69-cu qədiqədə fərqlənən Ermin Zets "qırmızı-qaralar"a qələbə qazandırıb. Beləliklə, "Sumqayıt" son 5 Premyer Liqa matçında qələbəyə həsrət qalıb (2 heç-heçə, 3 məğlubiyyət).
Bu komandalar arasında 16-cı görüş olub. İndiyədək baş tutan matçlarda "Qəbələ" 12 qələbəyə sevinib. "Sumqayıt" 2 oyunda bir xalı aktivinə yazıb, birində isə qələbəni bayram edib. Top fərqi də "qırmızı-qaralar"ın xeyirinədi - 31:10. “Qəbələ” əvvəlki 16 matçın hamısında qol sevinci yaşayıb. “Sumqayıt” 10 oyundu qalib gələ bilmir. Qəbələ öz meydanında xal itirməyib.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Neftçi" "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəlib, AZAL - "İnter" görüşündə hesab açılmayıb - 0:0. Tura sabah keçiriləcək "Zirə" - "Rəvan" oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXI tur
14 fevral
Kəpəz - Qarabağ 1:2
Qollar: Namiq Ələsgərov, 45 - Rəşad Sadıqov, 9. Əfran İsmayılov, 83.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov, 27. Bəxtiyar Soltanov, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qarabağ: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Gəncə şəhər stadionu. Saat 15.00.
Qəbələ - Sumqayıt 1:0
Qol: Ermin Zets, 69.
Qəbələ: 22. Dmitri Bezotosni, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 66. Samir Zərgərov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Vadim Abdullayev, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə , 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 10. Uğur Pamuk, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. Saat 17.30.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 21 | 13 | 5 | 3 | 33-14 | 44 | |
| 2 | Zirə | 20 | 9 | 8 | 3 | 20-14 | 35 | |
| 3 | Qəbələ | 21 | 9 | 7 | 5 | 26-16 | 34 | |
| 4 | Kəpəz | 21 | 8 | 8 | 5 | 25-19 | 32 | |
| 5 | İnter | 21 | 8 | 7 | 6 | 19-15 | 31 | |
| 6 | Neftçi | 21 | 8 | 7 | 6 | 22-19 | 31 | |
| 7 | AZAL | 21 | 7 | 5 | 9 | 12-19 | 26 | |
| 8 | Sumqayıt | 21 | 3 | 9 | 9 | 23-32 | 18 | |
| 9 | Xəzər Lənkəran | 21 | 3 | 4 | 14 | 10-28 | 13 | |
| 10 | Rəvan | 20 | 2 | 8 | 10 | 13-27 | 8 | |
| Bombardirlər | Riçard Almeyda (Qarabağ) - 8. Ruslan Qurbanov (Neftçi) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. | |||||||
Fanat.az