"Qalatasaray"ın azarkeşləri komandaya və baş məşqçi Roberto Mançiniyə etiraz edib. Fanat.az xəbər verir ki, fanatlar matçdan əvvəl futbolçuları tribunaya çağırmayıb.
"Qalatasaray"ın 0:1 hesablı yenilgisi ilə yekunlaşan qarşılaşmadan sonra isə fanatlar Roberto Mançinini istefaya çağırıb. İtalyan mütəxəssisin getməsini istəyən azarkeşlər "İmparator Fatih Terim göreve" şüarını səsləndiriblər. Mançini ilə yanaşı, prezident Ünal Aysal və rəhbərlik də istefaya çağırılıb. Əvəzində fanatlar Abdurrahim Albayrakın leyhinə şüarlar səsləndirib.
Fanat.az