"Qalatasaray"ın 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zəfər Koçun cəsədi tapılıb. 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.
Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Ölünün üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə cənazəsi tibbi ekspertizaya göndərilib.
Qeyd edək ki, "Qalatasaray" klubu 51 yaşlı Zəfər Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub. Z.Koç klubun aşağı yaş qrupları üzrə komandasında Arda Turan, Aydın Yılmaz, Məhməd Güven, Uğur Açar və Fərhad Öztorun kimi futbolçulara məşqçilik edib.(Report)

Fanat.az