"Qalatasaray"lı gənci Avropa nəhəngləri istəyir

"Qalatasaray"lı gənci Avropa nəhəngləri istəyir
Fatih Terimin "Qalatasaray"a gəlişindən sonra əsas heyətdə oynamağa başlayan və qısa zamanda komandanın əsas oyunçularından birinə çevirilən Semih Kaya Avropa klublarının maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, bu barədə İngiltərənin "Football Direct News" saytı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, Semihi İngiltərənin iki böyük klubu istəyir. Belə ki, "Mançester Yunayted" və "Mançester Siti" 22 yaşlı stoperi heyətinə qatmaqda maraqlıdı. "Qırmızı şeytanlar" Vidiç komandadan ayrılacağı üçün uzun müddətdi stoper axtarır. Baş məşqçi David Moyes boşluğu məhz türk futbolçu vasitəsi ilə doldurmaq istəyir. Qışda bu mövqe üçün heyətinə bir futbolçu qatmaq istəyən, amma istəyinə nail olmayan "Mançester Siti" də bütün diqqətini Semihə yönəldim. "Şəhərlilər" tezliklə "Qalatasaray"la danışıqlara başlamağı planlaşdırır.
Semihə İngiltərə klublarından başqa İtaliyadan da iki təklif var. Belə ki, "Yuventus" və "Napoli" 22 yaşlı türkü heyətində görmək istəyir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər