"Qalatasaray"ın futbolçusu Hamit Altıntop nişanlanıb. Fanat.az xəbər verir ki, bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçu Feyza adlı sevgilisi ilə münasibətlərini rəsmiləşdirib.
Nişan mərasiminə mətbuat nümayəndələri buraxılmayıb. Mərasimə "Erciyəsspor"u 3:1 hesabı ilə qalib gələn "Qalatasaray"ın futbolçuları da qatılıb. Hamit və nişanlısı səhərədək gecə klubunda əylənib.
Qeyd edək ki, Hamit Altıntop daha əvvəl müğənni Ziynet Sali ilə birlikdə idi. Hətta müğənni Fatih Ürek onun Ziyneti aldadarək eyni vaxtı Feyza ilə də görüşdüyünü iddia edib.
Fanat.az