Türkiyə Kubokunda 1/8 final mərhələsinin proqramı bəlli olub. Fanat.az xəbər verir ki, bu mərhələyə vəsiqə qazanmış 16 komanda rəqiblərini tanıyıb.
"Fənərbaxça" bu mərhələdə "Kayserispor"la, "Qalatasaray" "Qaziantepspor"la, "Beşiktaş" "Bucaspor"la qarşılaşacaq.
1/8 finalın oyunları yanvarın 30-31-də və fevralın 1-də baş tutacaq.
30 yanvar
22.45 Fənərbaxça - Kayserispor
31 yanvar
14.00 Sivas Bələdiyyəspor - Çaykur Rizəspor
16.00 Bursaspor - Ahmed Sportif Fəaliyyətlər
18.00 Konyaspor - Antalyaspor
19.45 Bucaspor - Beşiktaş
22.45 Qalatasaray - Qaziantepspor
1 fevral
20.00 Başakşəhər - Böyükçekmece Tepecikspor
22.45 Trabzonspor - Akhisar Bələdiyyəspor
Fanat.az