"Qalatasaray"la "Başakşəhər"dən dollar və avroya ağır zərbə

"Qalatasaray"la "Başakşəhər"dən dollar və avroya ağır zərbə

"Qalatasaray"da maaşların "avro" ilə ödənməsi dönəmi bitir. Fanat.Az xəbər verir ki, ölkə prezidentinin çağırışından sonra klub rəhbərliyi də türk lirəsi ilə ödəmələrə keçib. 

Bununla bağlı rəhbərlik il olaraq "Qalatasaray"ın kapitanı Səlcuk İnanla görüşüb və futbolçu təklifi qəbul edib. Səlcukun "heç problem deyil, pulumu türk lirəsi ilə alıram" deməsi hər kəsi sevindirib. 

Kapitanın bu fədakarlığına komandanın qalan üzvlərinin də müsbət yanaşması gözlənilir. Əcnəbi futbolçuların durumu isə hələ müəyyənləşməyib. Bna baxmayaraq təklif irəli sürüləcək. Komandanın aparıcı legioneri Uelsli Şneyder "hə" deyərsə digər legionerlər də onu izləyə bilər. 

"Cim Bom" mövsümdən öncə 900 min avroya anlaşdığı baş məşqçi Yan Olde Riekerinkin də maaşını türk lirəsi ilə vermək istəyir. Bu fikir hollandiyalı mütəxəssisə də söylənilib. Riekerinkin buna isti baxdığı bildirilir.

Qeyd edək ki, "Başakşəhər" də analoji addımı ataraq ödəmələri milli valyuta ilə etməyə başlayıb.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər