Forvard axtarışlarını davam etdirən "Qalatasaray" İngiltərəyə üz tutub. Fanat.az xəbər verir ki, İstanbul klubu "Mançester Siti"dən Vilfrid Bonini hədəfə alıb.
Kot-D`İvuar millisinin üzvünün transfer qiyməti yüksəkdi. Bu səbəbdən "Qalatasaray" onu icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Mançester Siti" Bonini 2015-ci ildə "Suonsi"dən 32,3 milyon avroya almışdı. Hazırda "Transfermarkt"ın 23 milyon avro qiymət qoyduğu 27 yaşlı forvard "Mançester Siti"də meydana çıxdığı 46 rəsmi oyunda 10 qol vurub.
Fanat.az