"Qalatasaray"ın yeni transferi İstanbulda

"Qalatasaray"ın yeni transferi İstanbulda
"Qalatasaray"ın heyətinə qatmaq istədiyi Aleks Telles İstanbula gəlib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu "Trabzonspor"la matçın başlamasına bir saat qalmış Türkiyəyə çatıb.
Tellas klub rəhbərliyi ilə danışıqları davam etdirmək üçün İstanbula gəlib. Tərəflər arasında müqavilənin bəzi kiçik detallarının hələ razılaşdırılmadığı deyilir. Bu məsələlər də həll olunandan sonra rəsmi anlaşma imzalanacaq.
Qeyd edək ki, "Qalatasaray" bu transfer üçün "Qremio"ya 7 milyon avro ödəyəcək. Futbolçu özü isə ildə 1,5 milyon avro maaş və 20 min avro matçbaşı alacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər