"Qalatasaray" Mustafa Dənizlinin istefasını qəbul edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
"Qaziantepspor"la oyundan sonra istefa verən Dənizlinin qərarı bu gün klub rəhbərliyinin toplantısında müzakirə edilib. Daha sonra isə İdarə Heyəti istefa qərarını dəyərləndirib və qəbul edib.
Dənizliyə təşəkkür edən "Qalatasaray" rəhbərliyi komandanın müvəqqəti çalışdırıcısının adını açıqlayıb. "Cim-Bom"u Türkiyə Kubokunun sabah keçiriləcək "Akhisar Bələdiyyəspor" və Super Liqanın martın 6-da baş tutacaq "İstanbul Başakşəhər"lə oyunlarına aşağı yaş qruplarının baş məşqçisi Orhan Atik çıxaracaq.
Fanat.az