"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

Türkiyənin "Qalatasaray" futbol komandasının yeni baş məşqçisi açıqlanıb. Klubun rəsmi saytının məlumatına görə, bu, Yan Olde Rikerinkdi.

İdarə Heyətinin qərarına əsasən, hollandiyalı mütəxəssis mövsümün sonunadək "sarı-qırmızılar"a rəhbərlik edəcək. 53 yaşlı baş məşqçinin ilk sınağı martın 20-də Super Liqanın XXVI turu çərçivəsində "Fənərbağça"ya qarşı olacaq.

Qeyd edək ki, Yan Olde Rikerink bu təyinatadək "Qalatasaray"ın aşağı yaş qrupları üzrə mütəxəssis kimi çalışıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər