Bu mövsüm uğursuz çıxış edən "Qalatasaray" yeni mövsüm üçün baş məşqçi axtarışlarını davam etdirir. Fanat.az xəbər verir ki, klub rəhbərliyi komandanı isveçrəli baş məşqçiyə tapşırmaq niyyətindədi.
Belə ki, "Qalatasaray" Lusien Favre ilə danışıqlara başlayır. Məlumata görə, klub rəhbərliyi "Çaykur Rizəspor" matçından dərhal sonra isveçrəli mütəxəssislə danışıqlara start verəcək.
Qeyd edək ki, Farve məşqçi karyerasına İsveçrənin "Exallens" klubunda başlayıb (1997-2000). Növbəti 7 ildə vətənində "Servette" (2000-2002) və "Sürix" (2003-2007) klublarını çalışdıran mütəxəssis 2007-ci ildə Almaniyaya yollanıb. 2 il başçılıq etdiyi "Herta"nı 10-cu pillədən 4-cü yerə yüksələdən məşqçi avrokuboklara vəsiqə qazanıb. 2009-cu ildə 8 oyunda 7 məğlubiyyətdən sonra istefa verən 58 yaşlı mütəxəssis bir müddət karyerasına ara verib və 2011-ci ildə "Borussiya"ya rəhşbərlik etməyə başlayıb. Onun Münhenqladbax klubundakı işi 4 il davam edib.
Fanat.az