"Qalatasaray Daikin"in voleybolçusu Neriman Özsoy karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə yığmasının 25 yaşlı üzvü mövsümün sonuna uzun müddət qalsa da, indidən bir çox təkliflər alıb. "Qalatasaray Daikin"in üzvü Rusiya və Azərbaycan klubları maraqlıdı.
Qeyd edək ki, Neriman Özsoy 1988-ci ildə Bolqarıstanda doğulub. Bundan əvvəl Türkiyənin "Eczaçıbaşı", "DYO Karşıyaka", İtaliyanın "Despar Perugia", Rusiyanın "Uraloçka", "Dinamo" (Krasnodar) və Polşanın "Atom" klublarında oynamış Neriman 2012-ci ildən "Qalatasaray" Daikin"in şərəfini qoruyur. Karyerası ərzində çox sayda medal qazanmış voleybolçu 2008-ci ildən Türkiyə millisinə çağırılır.
Fanat.az