"Qalatasaray"ın qapıçısı Fernando Musleranın yeni sevgilisinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Uruqvay mətbuatı qolkiperin ölkə gözəli Patrisiya Kallero ilə birlikdə olduğunu iddia edib.
Gözəl modelin tez-tez İstanbula gələrək Muslera ilə birlikdə qaldıtı deyilir. 27 yaşlı Patrisiyanın qolkiperlə birlikdə çəkdirdiyi və onun formasını əlində tutduğu şəkilləri sosial mediada paylaşması bu iddiaları daha da gücləndirib.
Qeyd edək ki, Kallero 2009-cu ildə Uruqvay gözəli seçilib.