"Qalatasaray"ın prezidenti Dursun Özbek Rusiyaya buraxılmayıb. Fanat.az xəbər verir ki, klub rəhbəri qadın voleybolçular arasında baş tutacaq CEV Kubokunun "Dinamo" (Krasnodar) - "Qalatasaray Daikin" matçını izləyə bilməyəcək.
Rusiyanın Türkiyədəki Konsulluğu Krasnodara yollanacaq "Qalatasaray"a 30 viza verib. Ruslar Dursun Özbəklə yanaşı, digər klub rəsmilərinə də viza verməyib. Krasnodara yollanan heyətdə klub rəsmilərindən sadəcə Voleybol Şöbəsinin rəhbəri Ali Yüce yer alıb.
Fanat.az