"Qalatasaray"ın prezidenti Almaniyada klub alır

"Qalatasaray"ın prezidenti Almaniyada klub alır

"Qalatasaray"ın prezidenti Ünal Aysal Almaniyada klub satın alır. Fanat.az xəbər verir ki, İstanbul klubunun rəhbəri "Vattenşeyd" klubunun sahibi olacaq.

Tərəflər arasında danışıqlar prosesini "Qalatasaray"ın Avropadakı layihələrinə nəzarət edən Büyükçekmece bələdiyyə başqanı və klubun konqress üzvü Hasan Akgün aparıb. Yekunda isə iki klubun preztdenti Ünal Aysal və Mano Oliverit görüşərək razılığa gəlib.

Nord Reyn Vestfalen əyalətindəki Bohum şəhərinin bir qəsəbəsini təmsil edən "Vattenşeyd" klubu 1909-cu ildə yaradılıb. Bu klub əsasən futbolçuları yetişdirib böyük klublara satmaqla məşhurdu. Məhşur türk futbolçular - Yıldıray Baştürk, Ahmet Dursun, Halil Altıntop, Hamit Altıntop, Barış Özbək, Muarrem Uz, Kərim Dəmirbay və İshak Doğan kimi türk oyunçular məhz "Vattenşeyd"ın yetirmələridi. Vaxtı ilə Karl Haynts Feldkamp, Hannes Bonqarts, Mixael Skibbe, Uve Neuhaus və Torsten Fink kimi məşhur mütəxəssislər bu klubu çalışdırıb. 103 yaşlı "Vattenşeyd" bundan sonra "Qalatasaray" üçün futbolçu yetişdirəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər