"Qalatasaray"ın oyununa rus hakim

"Qalatasaray"ın oyununa rus hakim

Avropa Liqasının 1/16 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Latsio" - "Qalatasaray" matçınınm hakimi bəlli olub. Fanat.az xəbər verir ki, qarşılaşmanı rusiyalı hakimlər briqadası idarə edəcək.  

Komandaları meydana baş hakim kimi Vladislav Bezborodov çıxaracaq. Ona bu işdə Nikolay Qolubev və Maksim Qavrilin yardım edəcək. Dördüncü hakim Valeri Danşenko, əlavə köməkçi hakimlər isə Aleksey Eskov və İqor Fedetovdu.

Qeyd edək ki, İstanbulda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər