"Qalatasaray"ın gəlini hamilədi

"Qalatasaray"ın gəlini hamilədi

"Qalatasaray"ın və Hollandiya yığmasının üzvü Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau bir aylıq hamilədi. Fanat.az xəbər verir ki, hazırda Mehmet Ali Erbillə “Polis Akademiyası Alaturka” filminə çəkilən futbolçunun xanımı uşağı olacağını eşidən kimi, bu xəbəri ilk olaraq Sneyderlə bölüşüb. 

Futbolçu ilə 2010-cu ildə ailə quran Yolante daha əvvəl italyan qəzetlərindən birinə açıqlamasında “Hər an hamilə qala bilərəm. Artıq özümü buna hazır hiss edirəm. Uşağımın Türkiyədə dünyaya gəlməsini istəyirəm” açıqlamasını vermişdi. 

Qeyd edək ki, Uesli Sneyderin ilk evliliyindən Cessi adlı bir oğlu var. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər