"Qalatasaray" daha bir futbolçusunu icarəyə verib. Fanat.az хəbər verir ki, Emre Can Coşkunun "Dənizlispor"da oynayacaq.
"Qalatasaray" gənc üzvünü I liqa klubuna mövsümün sonunadək icarəyə verib. "Dənizlispor" buna görə İstanbul klubuna 50 min lirə ödəyəcək.
Qeyd edək ki, "Dənizlispor"da millimizin sabiq üzvü Rail Məlikov çıхış edir.
Fanat.az