"Qalatasaray"ın futbolçusu Joze Mourinyonun maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in baş məşqçisi Brumanı istəyir.
Məlumata görə, portuqaliyalı mütəxəssis həmyerlisini Türkiyədə U-20-lər arasında keçirilən dünya çempionatında bəyənib. Moruinyo onu ötən mövsüm icarə əsasında oynadığı "Real Sosyedad"da və cari mövsümdə "Qalatasaray"dakı oyunlarını izləyib. Mövsümə yaxşı başlayan Bruma özünü artıq doğruldub. "Mançester Yunayted"in qışda "Qalatasaray"a təklif göndərməsi gözlənilir.
Fanat.Az