Fatih Terimin dövründə "Qalatasaray"da köməkçi-məşqçi işləyən Ümit Davala karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Davala Premyer Liqa klublarından biri ilə danışıqlar aparır. "Mustafa Dənizlinin istefasından sonra Azərbaycanda işləyən Oğuz Çətinin ardınca Ümit Davalanı da Azərbaycana gətirmək istəyən yetkililər gənc mütəxəssislə danışıqlara başlayıb" deyə xəbərdə qeyd olunur.
Davalanın meneceri də onun Azərbaycanda çalışmağa müsbət yanaşdığını bildirib. Menecer hətta onun bəzi klublarla danışıqlar apardığını da deyib.
Qeyd edək ki, 1996-2001-ci illərdə "Qalatasaray" 4 dəfə Türkiyə çempionu olub, 4 ölkə kubokunu, 1 UEFA Kubokunu, 1 Avropa Superkunu qazanıb. O, İtaliyanın "Milan", "İnter" və Almaniyanın "Verder" klublarında oynayıb.
Fanat.az