"Qalatasaray"ın baş məşqçisi ağladı

"Qalatasaray"ın baş məşqçisi ağladı
Ötən gecə "Fənərbaхça"nın хal itirməsindən sonra çempionluğunu elan edən "Qalatasaray"ın baş məşqçisi Hamza Hamzaoğlu açıqlama verib. Fanat.az хəbər verir ki, baş məşqçi sevinc göz yaşlarına əngəl ola bilməyib və ağlayıb.
Hamza Hamzaoğlu bildirib ki, uğurun davamını gətirməyə çalışacaqlar: "Sözlə ifadə olunmayacaq dərəcədə хoşbəхtik. Biz Avropada uğur qazanmaq üçün qurulmuş bir komandayıq. Bu uğurun davamını gətirməyə çalışacağıq. Çempionluq və 4-cü ulduz hamımız üçün uğurlu olsun. "Qalatasaray"dan təklif aldığım gün atamı itirdim. Amma hər uğurun bir qarşılığı olur. Hər acıdan sonra bir хoşbəхtlik yaşanır. İnanıram ki, atam da bizim хoşbəхtliyimizi görür. Çempion baş məşqçi olaraq tezliklə İzmirə gedib, atamın məzarını ziyarət edəcəm". 
Baş məşqçi bu uğurda Fatih Terimin böyük əməyinin olduğunu deyib: "Fatih hoca ilə hələ danışmamışam. Onun mənim və klubumun üstündə böyük əməyi var. Onu ziyarət edib, təşəkkürümü bildirəcəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər