"Qalatasaray"ın 9 illik həsrəti bitdi - VİDEO

"Qalatasaray"ın 9 illik həsrəti bitdi - VİDEO
Türkiyə Kubokunun qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, final matçında "Qalatasaray"la "Eskişəhərspor" qarşılaşıb.
Konyada baş tutan matçda bir qol vurulub. 70-ci dəqiqədə fərqlənən Uesli Sneyder "Qalatasaray"a qələbə qazandırıb.
Bununla "Cim-Bom" 9 ildən sonra Türkiyə Kubokunun qalibi olub. "Aslanlar" sonuncu dəfə 2004/05 mövsümündə kuboku qazana bilmişdilər. Bu "Qalatasaray"ın Türkiyə Kubokundakı 15-ci uğuru olub - 1963, 1964, 1965, 1966, 1973, 1976, 1982, 1985, 1991, 1993, 1996, 1999, 2000, 2005, 2014. "Sarı-qırmızılılar" 5 dəfə finalda uduzub - 1969, 1980, 1994, 1995, 1998.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər