"Qalatasaray"ın cari mövsümdəki transfer xərcləri müəyyənləşib. Fanat.az xəbər verir ki, "Cim-Bom" yay və qış tranfer dönəmlərində 5 əcnəbi, 5 yerli futbolçu transfer edib. 9 futbolçuya ümumilikdə 39.41 milyon avro transfer haqqı ödənib.
2012-ci ilin transfer dönəmlərində "Qalatasaray" 5 futbolçunun transferinə 27.9 milyon xərcləmişdi. İstanbul klubu iki ildə yeni oyunçuların alınmasına ümumiliudə 66.31milyon avro sərf edib.
Yayda Brumanı 10 milyon avroya alan "Cim-Bom" Felipe Melo və Umut Bulutun transfer hüququnu almaq üçün 6.5 milyon avrodan keçmişdi. Aurelien Çedyu üçün isə Fransanın "Lill" klubuna 6.3 milyon avro verilmişdi. Ümumilikdə yaydakı transfer xərcləri 22.8 milyon avro olub.
Qış dövründə gənc istedadlara pul xərcləyən istanbullular Aleks Tellesi "Qremio"dan 6.15, İzet Hayroviçi "Qrasşopper"dən 3.5, Salih Dursunu "Kayserispor"dan 2.75, Koray Günteri "Borussiya"dan (Dortmund) 2.5, Oğuzhan Kayarı "Manisaspor"dan 1.16 milyon, Umut Gündoğanı "Bucaspor"dan 550 min avroya transfer edib. Bu futbolçulara görə ümumilikdə 16.61 milyon avro transfer haqqı ödənib.
Fanat.az