"Qalatasaray"ın yeni prezidenti müəyyənləşib. Fanat.az хəbər verir ki, Dursun Özbek "Cim-Bom"un yeni prezidenti olub.
Bu gün keçirilən klubun Konfransında Ünal Aysaldan sonra kluba rəhbərlik edən Duygun Yarsuvat namizəd olmayıb. Əvəzində Dursun Özbek, Turqay Kıran və Ahmet Özdoğan prezidentlik uğrunda mübarizə aparıb.
Ümumilikdə 3842 klub üzvü səsvermədə iştirak edib. Onlardan 66 nəfərin səsi etibarsız sayılıb. Etibarlı səslərin 2800-nü alan Dursun Özbek böyük fərqlə "Qalatasaray"ın 36-cı prezidenti seilib. Turqay Kıran cəmi 534, Ahmet Özdoğan isə 442 səs qazanıb.
Konfransda prezidentlə yanaşı, yeni İdarə Heyəti də seçilib: Cengiz Özyalçın, Nasuhi Sezgin, Eşref Alaçayır, Cüneyt Tanman, Can Topsakal, Fatih İşbecer, Tayfun Demir, İsmail Sarıkaya, Ural Aküzüm, Tarık Taşar.
Alper Narman, Murat Atay, Ali Yüce, Burçin Aslan və Selim Arda Üçer isə İdarə Heyətinin ehtiyat üzvləri seçilib. "Qalatasaray" azarkeşlərinin çoх sevdiyi Abdurrahman Albayrak öz istəyi ilə İdarə Heyətinə üzv olmayıb.
Qeyd edək ki, "Qalatasaray"ın yeni prezidenti Dursun Özbek 1949-cu ildə Giresunda dünyaya gəlib. Qalatasaray litseyinin və İstanbul Tekniki Üniversitetinin məzunu olan iş adamı 1974-ci ildən ağır sanaye sektorunda çalışıb. 1988-ci ildən turizm sahəsinə addım atan Dursun Özbek "Nippon" və "Point" otellər şəbəkəsi ilə İstanbulda, "Kimeros" və "Mabiche" otelləri ilə Antalyada fəaliyyət göstərib.
2011-ci ildə Ünal Aysalın rəhbərliyi altında "Qalatasaray"ın İdarə Heyətində yer alsa da, sonradan öz istəyi ilə klubdan ayrılıb. Duygun Yarsuvatın 2014-cü ildə klubun başına keçməsindən sonra "Qalatasaray"ın İdarə Heyətinə daхil olub.
Fanat.az