"Qalatasaray"ı coşduracaq transfer

"Qalatasaray"ı coşduracaq transfer
"Qalatasaray" ötən ilən "Real"dan transfer etdiyi, amma istənilən performansı sərgələməyn Joze Rodrigesi "Maynts 05"ə satıb. Fanat.az xəbər verir ki, İstanbul klubu bu transferdən 2 milyon 145 min avro qazanıb.
"Qalatasaray" onu "Real"dan pulsuz transfer etsə də, başqa bir kluba satacağı halda 645 min avro ödəməli idi. Beləliklə, "Maynts 05"dən alınacaq pulun 645 mini Madrid klubuna veriləcək. Hazırda "Transfermarkt"ın 2,5 milyon avro qoyduğu 21 yaşlı yarımmüdafiəçi "Qalatasaray"da 17 oyun keçirib.
"Qalatasaray"ı coşduracaq transfer
Türkiyə mətbuatının məlumatına görə, "Qalatasaray" bu transferdən qazandığı pulu sabiq futbolçusu Felipe Melonu geri qaytarmağa sərf edəcək. Bu transferi isə hər iki futbolçunun meneceri Joze Rodriges həyata keçirəcək. Futbolçu Joze Rodrigesin adaşı olan menecer Joze Rodriges bir müştərisini Almaniyaya aparıb, digərini Türkiyəyə qaytaracaq.
İddialara görə, menecer Felipe Melonun hazırkı klubu "İnter"in rəhbərliyini razı salaraq bu transferi gerçəkləşdirməyə söz verib. Beləliklə o, bir müştərisinə yeni iş yeri tapıb, həm də digər müştərisinin geri dönməsi üçün maliyyə qaynağı yaradıb.
"Qalatasaray" isə Felipe Melonu geri qaytarmaqla həm onun mövqeyindəki problemi həll etmək, həm də bilet satışını yüksəltmək niyyətindədi. Çünki braziliyalı futbolçu həmişə azarkeşlərin sevimlisi olub. Onun ötən yay "İnter"ə satılması bir çox fanatı klubdan narazı salmışdı.
"Qalatasaray"ı coşduracaq transfer
Qeyd edək ki, "Qalatasaray" Felipe Melonu "İnter"ə 3,7 milyon avroya satmışdı. Hazırda "Tranmfermarkt" ona 3,5 milyon avro qiymət qoyub. "İnter"in heyətində 28 oyuna çıxan futbolçu 1 qol vurub. 33 yaşlı yarımmüdafiəçi "Qalatasaray"da keçirdiyi 4 mövsümdə 127 oyuna çıxaraq 18 qol vurmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər