"Qalatasaray"ın Roberto Mançinini istefaya göndərəcəyi barədə xəbərlər gün keçdikcə artır. Türkiyə mediası bu gün "Cim-Bom"un baş məşqçi postuna iki namizədin olduğunu iddia edib. Onlardan biri hazırda "Xəzər Lənkəran"a başçılıq edən Mustafa Dənizli, digəri isə "Şaxtyor"u çalışdıran Mirça Luçeskudu. Rumın mütəxəssis "Beyaz TV"yə müsahibə verərək iddialarla bağlı danışıb.
- "Qalatasaray"dan kimsə sizinlə əlaqə saxlayıb?
- Heç kiminlə danışmamışam. Kiminləsə əlaqə yaratmamışam. Burda öz işimlə məşğulam. Çempionluq üçün 4 matçımız daha var. Əmin olun ki, "Qalatasaray"dan təklif almamışam.
- Niyə hər kəs sizin "Qalatasaray"a dönəcəyinizi israr edir?
- Bəlkədə orda çox uğurlu çalışdığım üçündü. Sadəcə, "Qalatasaray"da deyil, Türkiyədə uğurlu oldum.
- Hazırda Sinan Engin yanımızdadı. Sizin tanıdığınız insandı. Türkiyəni çox sevdiyinizi və bura gəlmək istədiyinizi deyir. Onun düşüncələri haqqında nə demək istəyirsiniz?
- Bu başqa bir mövzudu. Məsələ gəlib-gəlməmək deyil. Hazırda "Şaxtyor"la müqaviləm var. Mövsümün sonuna 4 tur qalıb. Çempion olmaq istəyirik. Sinan Enginə də salam göndərirəm. Amma bu an üçün yox deyirəm.
- "Qalatasaray"la kuboklar qazandınız, çempion oldunuz. Amma istefaya göndərildiniz. Buna görə məyus oldunuz? Əgər çağırsalar geri dönərsiniz?
- İndi bunu bilmirəm. Burda yaxşı bir komandam var. "Şaxtyor"la müqaviləm davam edir və uğur qazanırıq. Yaxşı işlər görürük. Gələcəkdə nələrin olacağını bilmirəm. Sadəcə bilin ki, heç kiminlə danışıqlar aparmamışam. Türkiyədən nə "Qalatasaray", nə də başqa bir komanda ilə danışığım olub.
Fanat.az