"Qalatasaray"dan surpiriz transfer

"Qalatasaray"dan surpiriz transfer

"Qalatasaray" klubu İtaliyalı ulduz futbolçu, Mario Balotellinin meniceri ilə görüşdüyü xəbəri yayılıb.

Fanat.az xəbər verir ki, İtalyan mətbuatında bu gün çıxan xəbərlərdə "Qalatasaray", Balotellinin meniceri Mino Raiola ilə görüşdüyü yer alıb. Drogbanın mövsüm sonunda "Qalatasaray"dan ayrılması dəqiqləşərkən, İtalyan mətbuatı sarı qırmızılıların Mario Balotelli ilə maraqlandığını yazıb.

Roberto Mancininin köhnə futolçusu olan italiyalı hücumçunun "Qalatasaray"ın transfer siyahısında olduğu və artıq sarı qırmızılı klub rəsmilərinin ulduz oyunçunun meneceri ilə əlaqəyə keçdiyi iddia edilir. 

Danışıqlarda "Qalatasaray" başçısı Ünal Aysalın da adının keçdiyi qeyd edilir. Qeyd edək ki, Balotelliylə İngiltərənin "Arseanal", Fransadan isə "Monaco"nun maraqlandığı bildirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər