"Qalatasaray" Burak Yılmazla bağlı gözlənilməz qərar verib. Fanat.az хəbər verir ki, İstanbul klubu Türkiyə yığmasının üzvünü satmaq qərarına gəlib.
Çempionlar Liqasında qrupdan çıхmaq şansını azaldan "Qalatasaray" Super Liqanın son turunda da "Çaykur Rizəspor"a uduzdu. 3 həftədi zədəsini sağaldaraq yaşıl meydanlara dönən Burak Yılmaz bu oyunda da istənilən performası sərgiləyə bilmədi.
Onun bu vəziyyəti klub rəhbərliyinin radikal qərar qəbul etməsinə səbəb olub. Türkiyə mətbuatının məlumatına görə, "Qalatasaray" qışda Burakı satmaq qərarına gəlib. Rəhbərlik gələcək təklifləri dəyərləndirmək niyyətindədi.
"Qalatasaray" Burakı satacağı halda Avropada tanınmış hücumçulardan birini transfer edəcək.
Fanat.az