"Qalatasaray" qış transfer pəncərəsi dövründə transfer bombasını partlatmaq istəyir. Fanat.az xəbər verir ki, İstanbul klubu Nuri Şahini heyətinə qatmaq niyyətindədi.
Məlumata görə, baş məşqçi Roberto Mançini dortmund "Borussiya"sında çıxış edən türk futbolçunun transferini istəyib. "Qalatasaray" Nurinin transferi üçün Hamit Altıntopdan yararlanır. Belə ki, Şahini "mənəvi qardaşım" deydiyi Hamit yola gətirməlidi. "Cim-Bom" bu transfer üçün "Borussiya"ya 15 milyon avro təklif edəcək.
Fanat.az