"Qalatasaray"dan Mustafa Dənizliyə təklif gəldi

"Qalatasaray"dan Mustafa Dənizliyə təklif gəldi
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin adı yenidən "Qalatasaray"la yanaşı hallanmağa başlayıb. Fanat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
İddia olunur ki, Dənizli "Qalatasaray"ın ibman direktoru vəzifəsinə namizəddi. Türk mütəxəssis "Xəzər Lənkəran"a gəlməzdən əvvəl də bu post üçün təklif almış, amma qəbul etməmişdi.
Dənizli ilə yanaşı, bu posta "Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Korkmaz və "Trabzonspor"un sabiq baş məşqçisi Şenol Günəş də namizəddi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər