"Qalatasaray" Roberto Mançini ilə danışıqlara başladığını rəsmən açıqlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Peşəkar futbol komandamızın baş məşqçiliyi üçün şirkətimizlə Roberto Mançini arasıeda danışıqlar başlayıb", deyə açıqlamada bildirilir.
Qeyd edək ki, italyan mütəxəssis dünən gecə İstanbula gəlib. Ünal Aysalla Mançininin görüşü gecə yarısınadək davam edib. Daha sonra "GS TV" baş məşqçi ilə Lütfi Arıboğanın rəsmini yayımlayıb.