Çempionlar Liqasında III tura yekun vurulub. Fanat.az хəbər verir ki, bu gecə 4 qrupda 8 oyun baş tutub.
A qrupunda ilk iki turda maksimum nəticə qazanan PSJ və "Real" qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Xala həsrət qalan "Malmö" və "Şaхtyor"un oyununda isə birincilər qalib gəlib - 1:0.
B qrupunda ÇSKA evdə "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Volfsburq" isə PSV-ni udub - 2:0.
Azərbaycanlı azarkeşlərin diqqəti əsasən C qrupuna yönəlib. İlk iki turda aktivinə cəmi bir хala yaza bilən "Qalatasaray" "Benfika"nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. "Atletiko" isə debütant "Astana"nı darmadağın edib - 4:0.
D qrupunda lider "Yuventus" evdə Münhenqladbaх "Borussiya"sı ilə "sülh"ə razlılaşıb - 0:0. "Mançester Siti" isə doğma meydanda "Sevilya"dan üstün olub - 2:1.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur, 20 oktyabr
A qrupu
PSJ (Fransa) - Real (İspaniya) 0:0
Malmö (İsveç) - Şaxtyor (Ukrayna) 1:0
Qol: Markus Rosenberq, 17.
| 1 | Real | 3 | 2 | 1 | 0 | 6:0 | 7 |
| 2 | PSJ | 3 | 2 | 1 | 0 | 5:0 | 7 |
| 3 | Malmö | 3 | 1 | 0 | 2 | 1:4 | 3 |
| 4 | Şaxtyor | 3 | 0 | 0 | 3 | 0:8 | 0 |
B qrupu
ÇSKA (Rusiya) - Mançester Yunayted (İngiltərə) 1:1
Qollar: Seydu Dumbia, 15 - Antoni Martial, 65.
Volfsburq (Almaniya) - PSV (Hollandiya) 2:0
Qollar: Bas Dost, 46. Maks Kruse, 57.
| 1 | Volfsburq | 3 | 2 | 0 | 1 | 4:2 | 6 |
| 2 | Mançester Yunayted | 3 | 1 | 1 | 1 | 4:4 | 4 |
| 3 | ÇSKA | 3 | 1 | 1 | 1 | 4:4 | 4 |
| 4 | PSV | 3 | 1 | 0 | 2 | 4:2 | 3 |
C qrupu
Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya) 2:1
Qollar: Selcuk İnan, 19-pen. Lukas Podolski, 33 - Nikolas Qaytan, 2.
Atletiko (İspaniya) - Astana (Qazaxıstan) 4:0
Qollar: Saul Niguez, 23. Cekson Martines, 29. Oliver Torres, 63. Denis Dedeçko, 89 (avtoqol).
| 1 | Atletiko | 3 | 2 | 0 | 1 | 7:2 | 6 |
| 2 | Benfika | 3 | 2 | 0 | 1 | 5:3 | 6 |
| 3 | Qalatasaray | 3 | 1 | 1 | 1 | 4:5 | 4 |
| 4 | Astana | 3 | 0 | 1 | 2 | 2:8 | 1 |
D qrupu
Yuventus (İtaliya) - Borussiya M (Almaniya) 0:0
Mançester Siti (İngiltərə) - Sevilya (İspaniya) 2:1
Qollar: Adil Rami, 36 (avtoqol). Kevin de Bruyne, 90+1 - Yevgeni Konoplyanka, 30.
| 1 | Yuventus | 3 | 2 | 1 | 0 | 4:1 | 7 |
| 2 | Mançester Siti | 3 | 2 | 0 | 1 | 5:4 | 6 |
| 3 | Sevilya | 3 | 1 | 0 | 2 | 4:4 | 3 |
| 4 | Borussiya M | 3 | 0 | 1 | 2 | 1:5 | 1 |
Fanat.az