"Qalatasaray"dan ilin transfer bombası

"Qalatasaray"dan ilin transfer bombası

"Lion"un ulduzu Mati Valbuena "Qalatasaray" azarkeşlərini həyacanlandıran addım atıb. Fanat.Az xəbər verir ki, 32 yaşlı fransız yarımmüdafiəçi sosial mediada "Qalatasaray" hesabını izləməyə başlayıb.

Hazırda Valbuena öz "Instagram" hesabından "Qalatasaray"ın hesabını izləyir. Sadəcə 34 hesabı təqib edən futbolçunun bu addımı maraqla qarşılanıb və onun "Qalatasaray"a keçə biləcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

Qeyd edək ki, Valbuena 2015-ci ildə Moskva "Dinamo"sundan "Lion"a 6 milyon avroya transfer olunub. Cari mövsümdə 37 rəsmi oyuna çıxan 32 yaşlı futbolçu 8 qol vurub və 6 məhsuldar ötürmə edib. 

2010-cu ildən Fransa millisinə dəvət alan futbolçu 52 oyunda 8 dəfə fərqlənib. Kərim Benzemanın da adının qarışdığı seks qalmaqalından sonra yığmadan kənarlaşdırılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər