"Qalatasaray"dan günün ikinci transferi - RƏSMİ

"Qalatasaray"dan günün ikinci transferi - RƏSMİ
Bu gün "Borussiya"dan Koray Günteri heyətinə qatan "Qalatasaray" daha bir transferi reallaşdırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Oğuzhan Kayar və klubu "Manisaspor"la danışıqlar müsbət yekunlaşıb. "Qalatasaray" 4.5 illik müqavilə imzaladığı 18 yaşlı yarımmüdafiəçi üçün Manisa təmsilçisinə 2.250.000 lirə (təxminən 1.125.000 manat) transfer haqqı ödəyək.
"Qalatasaray" Oğuzhanın qazancını da açıqayıb:
2013/14 mövsümü (II yarı):                     50.000 lirə maaş, 5.000 lirə matçbaşı
2014/15 mövsümü:                                    120.000 lirə maaş, 6.000 lirə matçbaşı
2015/16 mövsümü:                                    140.000 lirə maaş, 7.000 lirə matçbaşı
2016/17 mövsümü:                                    160.000 lirə maaş, 8.000 lirə matçbaşı
2017/18 mövsümü:                                    180.000 lirə maaş, 9.000 lirə matçbaşı
Beləliklə, matçbaşı nəzərə alınmadan Oğuzhanın transferi "Qalatasaray"a 2.900.000 lirəyə (təxminən 1.450.000 manat) başa gəlib.
Qeyd edək ki, futbolun sirrlərini "Aydınspor 1923", "Güneşspor", "Hacettepespor" və "Manisaspor"da öyrənən Oğuzhan Kayar cari mövsümdə Manisa təmsilçisinin əsas heyətinə yüksəlib. PTT 1-ci liqada 4 oyuna çıxan (41 dəqiqə), Türkiyə Kubokunda da 1 oyun keçirib (15 dəqiqə). Onun bir müddət "Qalatasaray"ın A2 komandasında çıxış edəcəyi deyilir.
Qeyd edək ki, bu "Qalatasaray"ın qışda transfer etdiyi 6-cı gənc futbolçu olub: Umut Gündoğan (23), İzet Hayroviç (22 yaş), Salih Dursun (22), Aleks Telles (21), Koray Günter (19), Oğuzhan Kayar (18). Bundan başqa "Cim-Bom" hazırda 19 yaşlı argentinalı Lukas Ontivero ilə danışıqları davam etdirir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər