"Qalatasaray"dan FETÖ-yə görə ayrıldım” – Həmzə Həmzəoğlu

"Qalatasaray"dan FETÖ-yə görə ayrıldım” – Həmzə Həmzəoğlu

"Qalatasaray"ın sabiq baş məşqçisi Həmzə Həmzəoğlu FETÖ təşkilatına üzv olması xəbərlərinə münasibət bildirib.

O, "360 TV"yə müsahibəsində heç vaxt bu təşkilatla əlaqəsi olmadığını deyib. H.Həmzəoğlu əksinə, futbolçu olduğu dönəmdə "Qalatasaray"dan məhz FETÖ-yə görə ayrıldığını deyib:

"Heç bir zaman FETÖ ilə əlaqəm olmayıb. Mənim kim olduğumu hər kəs bilir. "Qalatasaray"dan da futbolçu olduğum vaxt FETÖ-yə görə ayrıldım. Onlarla əlaqəm olmadığı üçün FETÖ-çular məni "Qalatasaray"dan göndərdilər. Mən onlardan çox çəkmişəm. İdmandan başqa heç nə barədə düşünmürəm. Ölkəmə xidmət etmək üçün çalışıram".(qol.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər