"Qalatasaray"dan əzmkar qələbə - VİDEO

"Qalatasaray"dan əzmkar qələbə - VİDEO

Türkiyə Super Liqasında VIII tura start verilib. Fanat.az xəbər verir ki, "Qalatasaray" "Kasımpaşa"nı qəbul edib.

Çempionlar Liqasında "Borussiya"ya (0:4), Super Liqada "Başakşəhər"ə böyükhesabla yenilən "Cim-Bom" əzmkar qələbə qazanıb. Hesabı ilk yarıda qonaqlar açıb. 53-cü dəqiqədə Burak Yılmaz bərabərliyi təmin edib. 90-cı dəqiqədə isə Umut Bulut "Qalatasaray"a qələbə qazandırıb.

Qeyd edək ki, "Qalatasaray" 8 turdan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir. Bu gün "Fənərbaxça"nı qəbul edəcək ikinci pillənin sahibi "Beşiktaş"ın isə 14 xalı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər