Türkiyə Kubokunun qrup mərhələsində IV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, A qrupunda 1, B qrupunda 2 oyun baş tutub.
A qrupunda "Eskişəhərspor" "Bursaspor"u qəbul edib. Eskişəhər təmsilçisi matçı 1:0 hesablı qələbə ilə başa vurub. Qrupun digər oyununda bu gün "Akhisar Bələdiyyəspor" "Sivasspor"u qəbul edəcək.
B qrupunda isə əvvəlcə "Antalyaspor" səfərdə "Tokatspor"u 2:0 hesabı ilə yenir. Digər matçda isə "Qalatasara" "Elazığspor"u darmadağın edib.
Türkiyə Kuboku
29 yanvar
A qrupu
Eskişəhərspor - Bursaspor 1:0
Qol: Kristobal Yorquera, 89-pen.
| 1 | Bursaspor | 4 | 2 | 1 | 1 | 6 - 3 | 7 |
| 2 | Eskişəhərspor | 4 | 2 | 0 | 2 | 4 - 6 | 6 |
| 3 | Akhisar B. | 3 | 1 | 1 | 1 | 3 - 2 | 4 |
| 4 | Sivasspor | 3 | 1 | 0 | 2 | 3 - 5 | 3 |
B qrupu
Tokatspor - Antalyaspor 0:2
Qollar: Semih Şentürk, 78. Lamine Diarra, 90.
Qalatasaray - Elazığspor 3:0
Qollar: Ceyhun Gülselam, 38. Didye Droqba, 44. Sabri Sarioğlu, 85.
| 1 | Antalyaspor | 4 | 2 | 2 | 0 | 10 - 3 | 8 |
| 2 | Qalatasaray | 4 | 2 | 1 | 1 | 6 - 2 | 7 |
| 3 | Elazığspor | 4 | 1 | 2 | 1 | 4 - 6 | 5 |
| 4 | Tokatspor | 4 | 0 | 1 | 3 | 3 - 12 | 1 |
Fanat.az