"Qalatasaray" heyətinə daha bir əcnəbi futbolçu qatır. Fanat.Az xəbər verir ki, İstanbul klubu "Sevilya"dan Marianonun transferini razılaşdırıb.
Məlumata görə, "Qalatasaray" bu transferə görə İspaniya klubuna 4,4 milyon avro ödəyəcək. 3 illik müqavilə imzalayacaq Mariano ildə 2,2 milyon avro maaş alacaq. Braziliyalı sağ cinah müdafiəçisinin cümə günü İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Mariano 2015-ci ildə "Bordo"dan "Sevilya"ya 3,5 milyon avroya transfer olunub. "Transfermarkt" hazırda ona 8 milyon avro qiymət qoyub. O, ötən mövsüm "Sevilya"nın heyətində 43 rəsmi oyuna çıxıb. Vətənində "Quarani", "İpatinqa", "Tombense", "Kruzeyro", "Atletiko" və "Fluminense" klublarında oynayan futbolçu ilk dəfə 2010-cu ildə Braziliya millisinə çağırılıb və Paraqvayla matçda debüt edib.
Fanat.Az