"Qalatasaray"dan Burak Yılmaz açıqlaması

"Qalatasaray"dan Burak Yılmaz açıqlaması
Son günlərdə Burak Yılmazın "Qalatasaray"dan getmək istədiyi ilə bağlı Türkiyə mətbuatında saysız-hesabsız xəbərlər yayılır. Fanat.az xəbər verir ki, bunun qarşısını almaq istəyən klub rəhbərliyi rəsmi sayt vasitəsi ilə açıqlama yayıb.
Açıqlamada deyilir ki, Burak çox sayda təklifdən imtina edərək "Qalatasaray"da qalmaq qərarına gəlib: "Son günlərdə futbolçumuz Burak Yılmaza xüsusilə 2 önəmli İtaliya klubundan edilən transfer təklifləri ilə bağlı mətbuatda əsassız və yalnız fikirlər yer alır. Ötən mövsüm "sarı-qırmızı" forma ilə həm Türkiyədə, həm də Avropada yüksək səviyyədə performans sərgiləyən futbolçumuzun Avropanın elit klublarının diqqətini diqqətini çəkməsi təbidi və bizi qürurlandırır. Üstəlik bu təkliflərdən imtina edərək futbola "Qalatasaray"da davam etmə arzusu və qərarı hamımız üçün ayrı bir sevinci qaynağı oldu. Burak Yılmazı bu mövsüm böyük uğurlara imza atacağı inancı ilə qərarına görə təbrik edirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər