"Qalatasaray" İspaniya yığmasının ulduzunu transfer edir. Fanat.az xəbər verir ki, "Cim-Bom" "Atletiko"nun formasını geyinən David Vilyanı heyətinə qatır.
İddialara görə, "Qalatasaray" rəhbərliyi Vilya və meneceri ilə danışıqlar aparıb. Tərəflər arasınrda artıq bəzi razılıqlar əldə olunub. Məlumatda bildirilir ki, "Atletiko" ilə icarə müqaviləsi iyunun sonunda başa çatacaq hücumçu bu klubda qalmaqda maraqlı deyil. Madrid təmsilçisi kimi Çempionlar Liqasında çıxış edən kluba keçmək istəyən Davidə indiki halda ən yaxşı təklif məhz "Qalatasaray"dan gəlib.
Qeyd edək ki, yayda "Atletiko"ya keçən 32 yaşlı hücumçu 33 oyunda 15 qol vurub. Vilya əvvəllər İspaniyanın "Sportinq" (2001-2003, 80 oyun, 38 qol), "Saraqosa" (2003-2005, 73 oyun, 32 qol), "Valensiya" (166 oyun, 108 qol) və "Barselona" (2010-2013, 77 oyun, 33 qol) klublarında çıxış edib. O, İspaniya millisində keçirdiyi 92 oyunda 56 qola imza atıb.
Fanat.az