"Qalatasaray"dan baş məşqçi açıqlaması - RƏSMİ

"Qalatasaray"dan baş məşqçi açıqlaması - RƏSMİ
"Qalatasaray" dünən istefaya göndərilən Cesare Prandelli və yeni baş məşqçi ilə bağlı rəsmi açıqlamanı bir qədər əvvəl yayıb. Fanat.az xəbər verir ki, az öncə klubun rəsmi saytında birja üçün iki açıqlama yerləşdirilib.
İlk açıqlamada bildirilir ki, komandanın baş məşqçisi Cesare Prandellinin müqaviləsi vaxtından əvvəl pozulub. Məlumatda "müqavilənin qarşılıqlıq razılıq əsasında" pozulması barədə qeyd yoxdu. Bu isə "Qalatasaray"ın italyan mütəxəssislə müqaviləni birtərəfli qaydada pozması anlamına gəlir.
İkinci açıqlamada isə qeyd edilir ki, komandanın baş məşqçisi postuna namizəd Hamza Hamzaoğlu ilə danışıqlar başlayıb. Hazırda milli komandada Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis bu gün günorta saatlarında "Qalatasaray"dan təklif aldığını və prinsipial anlaşm əldə etdiyini bildirmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər